Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımaları başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımaları başlayır

 Fevralın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Cibutinin Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Reklam_3_11

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə tərəflər Azərbaycan və Cibuti arasında ikitərəfli əlaqələri, həmçinin ölkələrimiz arasında ticarət əlaqələrinin perspektivlərini müzakirə etmişdirlər.

 

Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Mahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalamışdırlar.

 

İmzalanmış saziş iki ölkə arasında müntəzəm sərnişin və yük daşımalarını həyata keçirməyə imkan verəcək ki, bu da öz növbəsində beynəlxalq münasibətlərin iqtisadi və mədəni inkişafına kömək edəcək.

 

Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu - aprelin əvvəlində başlamaq planlaşdırılır.

 

Cahangir Əsgərov qeyd etmişdir ki, bundan öncə Cibuti Prezidenti İsmail Ömər Qelle ilə görüşdə əldə olunmuş razılaşmaya əsasən ilk reyslə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 tona qədər məhsulları göndəriləcək. Azərbaycan məhsullarının yeni bazarda təqdimatı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin başlaması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.

24.02.2017 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ