Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Pilot layihələr keçirilən rayonlarda bəzi həkimlərimiz 5-6 min manat maaş alır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pilot layihələr keçirilən rayonlarda bəzi həkimlərimiz 5-6 min manat maaş alır"

Azərbaycanın 3 rayonunda pilot layihələr həyata keçirilir. Bunlar Mingəçevir, Yevlax və Ağdaş rayonlarıdır. Əsas məqsədimiz əhaliyə əlçatımlılığı təmin etmək və xəstəxanaların maliyyələşmə mexanizmini dəyişməkdir. Əvvəllər xəstəxanalar çarpayı və həkimlərin sayına görə maliyyələşirdi. Pilot layihələr həyata keçirdiyimiz ərazilərdə maliyyələşməni tamamilə dəyişərək onların göstərdiyi xidmətə görə maliyyələşməni həyata keçirdik. Layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarında dəyişiklik etdik”.

 

Reklam_3_11

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

 

“Pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablandı. Artıq onların əmək haqqında kifayət qədər yüksəlmə oldu. Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alırlar. Orta tibb işçilərinin əmək haqqında da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə isə əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə keçirdiyimiz ərazilərdə ölüm sayı azalıb” - Dövlət Agentliyinin direktoru əlavə edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

28.12.2018 10:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ