Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərxalça” hesabat verdi - İXRAC BAŞLAYIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərxalça” hesabat verdi - İXRAC BAŞLAYIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2018-ci ili uğurla başa vurur.

 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki,  bu il cəmiyyətin daha 10 filialı üçün bina tikilib.

 

2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binalarında son tamamlama işləri görülür. Həmin filialların hər birində 150 toxucu, 14 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək.

 

Ölkə rəhbərinin bu ilin avqustun 27-də imzaladığı Sərəncamla İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” ASC-yə 2,4 milyon manat vəsait ayrılıb. Bu emalatxana binasında artıq tikinti işlərinə başlanılıb.

 

Bu il ərzində “Azərxalça”nın fəaliyyət göstərən 11 filialında 1456 ədəd, 5049,23 kvadratmetr xalça toxunub.

 

Cəmiyyətin filialları arasında ən məhsuldarı Tovuz rayonundakı xalça istehsalı emalatxanasıdır. Belə ki, 2018-ci ildə Tovuz filialında 685,14 kvadratmetr xalça istehsal olunub.

 

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça fabriklərini xammalla təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə 2019-cu ilin may ayından etibarən yun və boyaq bitkiləri toplanılacaq.

 

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək. 2019-cu ildə də ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni filialların yaradılması nəzərdə tutulub. Növbəti ilin sonuna qədər Cəmiyyətin bütün filiallarının yaradılması prosesi başa çatdırıldıqdan sonra “Azərxalça”nın emalatxanalarında beş mindən çox insan çalışacaq.

 

Gələn il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2018-ci ildə artıq bu işin təməli qoyulub. Potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.

 

Xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur.  

28.12.2018 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ