Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qazaxıstan sərhədçiləri Azərbaycan balıqçılarına atəş açıblar, 1 nəfər yaralanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan sərhədçiləri Azərbaycan balıqçılarına atəş açıblar, 1 nəfər yaralanıb

Qazaxıstan sərhədçiləri Xəzər dənizinin onlara aid hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Azərbaycan balıqçılarına atəş açıblar.

 

Reklam_3_11

"Sputnik" xəbər verir ki, silahlı insident zamanı 1 nəfər Azərbaycan vətəndaşı yaralanıb.

 

Balıq ovçuları Xəzər dəniz hövzəsində 25 dekabr tarixində saat 23:45-də aşkar olunublar. Gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub. Gəmidə həmçinin 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brokonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri tapılıb.

 

Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Qazaxıstan sərhədçiləri gəmini dayandırmaq üçün təqib edən zaman atəş açmaq məcburiyyətində qalıblar. Bu zaman Azərbaycan vətəndaşlarından biri bazu önü sümüyündən güllə yarası alıb. Ona lazımi tibbi yardım göstərilib.

 

Qazaxıstan dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.

 

Daha əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas ediblər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Report" 

29.12.2018 18:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ