Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tayvandan Çinin birləşmək çağırışına reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tayvandan Çinin birləşmək çağırışına reaksiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Focus Taiwan"ın xəbərinə görə, Tayvan lideri Tsai Ing-wen paytaxt Taipeidə etdiyi çıxışında, Çinin dövlət başçısı Şi Cinpingin "birləşmək" çağırışına cavab verərək, "Tayvan tək ölkə iki sistem yanaşmasını əsla qəbul etməyəcək. Tayvan xalqının əksəriyyəti Pekin tərəfindən hazırlanan bu yanaşmaya ciddi şəkildə qarşı çıxır",- deyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, iki tərəfin "Tək Çin" barədə ortaq fikirə gəldiyi 1992-ci il konsensusunu da əsla qəbul etmədiklərini bildirən Tayvan lideri Tsai, "Bunun səbəbi konsensusdakı "Tək Çin" prinsipinin Pekin hökuməti tərəfindən tək ölkə iki sistem anlayışına görə hazırlanmış olmasıdır" ifadəsini istifadə edib.

 

Çin dövlət başçısı Şi Cinping, Tayvan ilə yenidən birləşmənin "Heç bir güc və heç kim tərəfindən əsla maneə törədilə bilinməyəcək tarixi bir meyl" olduğunu vurğulayaraq, yenidən birləşmək çağırışı etmişdi.

 

Yenidən birləşmə reallaşdıqdan sonra Çinin suverenliyi altında Tayvanın həyat tərzi, ictimai sistemi, özəl mülkləri, dini inancları, qanuni haqları, Tayvanın mənfəətlərinə tamamilə hörmət ediləcəyini bildirən Şi, "Hamımız eyni ailəyik" sözləri ilə Tayvanın Çinin daxili işlər olduğunu qeyd etmişdi.

 

Çin lideri Şi, "Çinlinin çinli ilə vuruşmayacağını" ancaq güc istifadə etməyi bir kənara qoymaq sözünü verə bilməyəcəklərini, bütün lazımi tədbirləri görə biləcəklərini bildirmişdi.

 

Tayvan lideri Tsai Ing-wen Pekin hökumətinə Tayvanın varlığına və Tayvan xalqının "azad və demokratik" bir sistemdə yaşamaq seçiminə hörmət etməsi çağırışı etmişdi.

 

Pekin rəhbərliyi, "Tək Çin" qanununu mənimsəyərək Tayvanın, müstəqillik elan etməsi halında hərbi güclə müdaxilə edə biləcəyini bəyan edir.

 

1949-DAN BƏRİ AYRIDIRLAR

 

Çində 1949-da Mao Zedongun iqtidara gəlməsilə bəzi hökumət üzvləri Tayvana qaçaraq adada müstəqillik elan etmiş və Tayvanı qurmuşlar. Ancaq Çin, Tayvanın müstəqilliyini qəbul etmir.

03.01.2019 05:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ