Ofisə aid hər şey topdansatış qiymətlərinə + pulsuz çatdırma

1995-ci ildən dəftərxana və ofis ləvazimatları sektorunda ixtsaslaşmış “İnci” şirkəti fəaliyyətini genişləndirərək satış və xidmətin səviyyəsini yeni pilləyə qaldırıb. Belə ki, şirkət  “Ofisait” adlı yeni xidmətini işə salıb. “Ofisə ait hər şeyi” təmin edən bu xidmət bazarda böyük maraqla qarşılanıb. Nəyinki ofis ləvazimatlarına, ofisdə çaya, salfetə, hətta təmizlik vasitələrinə yaranan ehtiyacı bu xidmət vasitəsilə qarşılamaq olar.

 

DEVALVASİYALARDAN SONRA GÖYDƏNDÜŞMƏ XİDMƏT

 

“Ofisait”in  Korporativ şöbəsinin baş meneceri Nicat Abdullazadə “Marja”ya bildirdi ki, devalvasiyalardan sonra şirkətlərin öz xərclərini azaltmasını və vaxta qənaətin önəminin daha da artdığını nəzərə alaraq  bu xidmət istifadəyə verilib:

 

“Devalvasiyalardan sonra şirkətlərin satışları aşağı düşdüyündən xərcləri azaltmağa, qiymətləri daha münasib və yüksək xidməti olan təchizatçılar ilə işləməyə başladılar. Həmçinin iş adamları üçün zaman çox dəyərlidir. Qərara gəldik ki, şirkətlərin vəsaitlərinə və vaxtlarına qənaət etmələrində kömək olaq, ofis ləvazimatlarından başqa, ofisdə yaranan bütün ehtiyacların hamısını ödəyək. Bu kağız, qovluq, qələm ilə yanaşı, su, salfetka, sabun, təmizlik vasitəsi də ola bilər. Ofisdə nə lazımdırsa “Ofisait” xidməti təmin edə bilir”.

 

Nicat Abdullazadə, “Bu xidmətə dövlət qurumlarının, bankların, geniş şəbəkəyə malik olan şirkətlərin böyük marağı var” deyərək sözlərinə belə davam etdi:

 

“Əvvəllər bankların mərkəzi depo sistemi olurdu və ofis əşyalarını filiallarına özləri paylayırdılar. Buna görə, işçilər və sürücülər saxlayıdılar. Böhrandan sonra xərcləri azaltmaq məqsədilə bu ştatları ləğv ediblər.  Belə bir dövrdə “Ofisait” onların köməyinə çatır. Ofisdə tələb olunan hər bir şeyi sifariş əsasında gün ərzində çatdırırıq. Nəyinki bankların və şirkətlərin baş ofislərinə, onların ölkə üzrə filiallarına da xidmət göstəririk.  Məhsulları müştərimiz olan bankın, tutaq ki, Gəncə və Qazax filialına Bakıda verdiyimiz qiymətə, pulsuz çatdırılma ilə təhvil veririk”.

 

Nicat Abdullazadə qeyd etdi ki, çox iri şirkətlərin anbar imkanları olsa da, orta və kiçik şirkətlər belə imkana malik olmadığından məhsulları ehtiyac yarandıqca alırlar:

 

“Ofisait” daha çox orta və kiçik şirkətlər fokuslanmışdır. İri şirkətlər alışlarını illik, yarımillik və rüblük almağı planlaşdıra bilir və tender elan edərək alışlar edirlər. Orta və kiçik şirkətlər isə ehtiyac olduqca məhsulları alırlar. Belə şirkətlərin depolamaq imkanları yoxdur. Bu səbəbdən orta və kiçik şirkətlər hədəf dairəmizdədir”.

 

TOPDANSATIŞ QİYMƏTİNƏ PƏRAKƏNDƏ SATIŞ

 

Nicat Abdullazadə bildirdi ki, “Ofisait” ofisə aid olan əşyaları topdansatış qiymətlərinə təklif edir:

 

“Ofisait”in pərakəndə qiymətləri topdansatış qiymtlərilə eynidir. Biz ofislərə topdansatış qiymətlərinə xidmət göstəririk. Əgər mağazada bir məhsulun topdansatış qiyməti 5 manat 10 qəpik, pərakəndə qiyməti isə  5 manat 30 qəpikdirsə, biz həmin məhsulu ofisə topdansatış qiyməti olan 5 manat 10 qəpiyə çatdırırıq”.

 

“BU MƏHSUL BU QİYMƏTƏ OLA BİLƏR?”

 

Nicat Abdullazadə bildirdi ki, qiymətlərin olduqca aşağı olması bir çox müştərilərdə təəccüb doğurur:

 

“Qiymətlərin çox münasib, məhsulların isə keyfiyyətinin yüksək olması müştərilərin diqqətini çəkir. Bəzi müştərilər ofisdə aldığı məhsulların çatdırılma daxil qiymətlərinə inanmır. “Yəni bu məhsul bu qiymətə ola bilər?” sualını verirlər.

 

“ÇATDIRILMA ÜÇÜN PUL ALMIRIQ”

 

Menecer əlavə etdi ki, “Ofisait” xidmətinin ən önəmli tərəflərindən biri çatdırılmanın pulsuz olmasıdır:

 

 “Ofislərə çatdırılma üçün əlavə ödəniş alınmır. Verilən sifariş Bakı və Sumqayıt zonasında gün ərzində və pulsuz çatdırılır. Səhər verilən sifariş iş gününün sonuna kimi müştərinin ofisində olur. Regionlardan da sifarişlər qəbul edə və pulsuz çatdıra bilirik. Əlavə edim ki, biz məhsulu qapıçıya, təhlükəsizliyə və ya resepşna vermirik,  müştərinin istədiyi yerə qoyuruq. Məsələn, sifariş olunan seyf öz fəhlələrimizin köməyilə müştərinin dediyi mərtəbədəki otağa çatdırılır”.

 

ONLAYN SATIŞA BAŞLAYIB

 

Nicat Abdullazadə bildirdi ki, sifarişlər “Ofisait”in zəng mərkəzi və www.ofisait.com ünvanında fəaliyyət göstərən onlayın ticarət portalı vasitəsilə qəbul edilir.

 

“İlk əvvəldən sifarişləri telefon vasitəsilə qəbul edirik. Bu yaxınlarda onlayın ticarət portalını da istifadəyə vermişik. İstənilən şəxs www.ofisait.com saytına daxil olaraq sifariş verə bilər.  Portal vasitəsilə kağız və kağız ləvazimatları daxil bütün ofis ləvazimatlarını, qida və təsərrüfat mallarını, elektrik mallarını və s. sifariş vermək mümkündür.

 

Nicat Abdullazadə vurğuladı ki, “Ofisait” şirkətlər ilə müqavilə çərçivəsində işləyir. Alınan məhsullara qaimə-faktura təqdim edilir. Müştəri qaimə-faktura əsasında pulu köçürmə yolu ilə ödəyir.

 

Bundan başqa, saytda onlayn ödəniş sistemi də işləyir. Fərdi şəxslər məktəb ləvazimatlarını, kitabları və s. əşyaları kartları vasitəsilə ödəniş edərək ala bilər.

 

“Ofisait”də satış sistemi avtomatlaşdırılıb, hər bir prosesə ciddi nəzarət olunur.

 

“Növbətçi sifarişi qəbul edir, mallar və qiymətləri telefonla razılaşdırılır.  Növbətçi sifarişi satış sistemə daxil edib təsdiqlədikdən sonra, sifariş anbara düşür. Anbardan yığılan məhsul qablaşdırılır və çatdırılma xidmətinə verilir. Məhsul anbardan çıxdıqda və məhsul təhfil verildikdən sonra müştərinin telefonuna SMS göndərilir”.

 

“KONFRANS KEÇİRİRİK, BİZƏ TƏCİLİ QƏLƏM  VƏ BLAKNOT LAZIMDIR”

 

Nicat Abdullazadə qeyd etdi ki, “Ofisait” Bakıda keçirilmiş bir çox konfransları qələm, blaknot və digər tələb olunan ləvazimatlar ilə təmin etmişdir:

 

“Tez-tez şirkətlərdən keçirəcəkləri konfrans üçün sifarişlər alırıq. Bəzən günortadan sonra sifariş verərək, axşama qədər məhsulların çatdırılmasını istəyirlər. Biz belə hallara da hazırıq. Tələb edilən ləvazimatları gecikmə olmadan müştəriyə təhvil veririk”.

 

Sonda Nicat Abdullazadə əlavə etdi ki, “Ofisait” fəaliyyətini mükəmməlləşdirmək məqsədilə, tez-tez müştəriləri arasında sorğu keçirir, onların şikayət, arzu və istəklərini öyrənir.

 

Telefon: +99412 480 07 16

http://www.ofisait.com/

6 Mart 2017 , 09:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin