Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Dövlət Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi

Sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirə bilərlər.

 

Reklam_3_11

Dövlət Reklam Agentliyindən bildirilib ki, müvafiq ödənişləri www.asanpay.az  portalı və “e-Manat” terminalları vasitəsilə də etmək mümkündür.

 

Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqlarının ödənişi yaxın gələcəkdə mərhələli şəkildə bütün ödəniş portalları və terminallarından həyata keçiriləcək.

 

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az  ödəniş portalı və terminalları, www.e-gov.az  portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə təmin edilir.

03.01.2019 14:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ