Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollara təsir edəcək önəmli iqtisadi göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollara təsir edəcək önəmli iqtisadi göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq birjalarında bu gün ABŞ-dan açıqlanacaq önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzindədir və volatilliyin artması gözlənilir.


 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir. Təhlillərə əsasən, dollar indeksi son iki ayın minimum səviyyəsini də aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.3%-a kimi sürətlənə bilər.

 

Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 5.62TL-yə kimi bahalaşqdıqdan sonra 5.44TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 5.36TL-yə kimi də ucuzlaşa bilər.

 

Dolların qiymətlərində ucuzlaşma, əmtəə birjalarında qızıl və neft qiymətlərinin də dəyər qazanmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1295$-a təklif edilməkdədir və 1298$-ı da yuxarı istiqamətdə qırarsa, 1309$-a kimi bahalaşa bilər.

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 56$-a ticarət edilir və 57$-ı da yuxarı istiqamətdə qırarsa, 59 və 62$-a kimi dəyər qazana bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun Dekabrda 178 min artdığının açıqlanacağı proqnozlaşdırılır. Noyabrda məşğulluq 155 min artmışdı.

 

ABŞ-da işsizlik nisbətinin dəyişməyərək 3,7%-də qalacağı gözlənilir. 

 

Orta saatlıq maaşın Dekabrda illik müqayisədə 3%, aylıq müqayisədə isə 0,3% artdığının açıqlanacağı proqnozlaşdırılır. Noyabrda artımlar müvafiq olaraq 3,1% və 0,2% təşkil etmişdi. 

 

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

04.01.2019 05:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ