Ən yuxarı (mobil)_30

"Əmək qanunvericiliyi və kadr işinin təşkili" praktiki təlim kursu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əmək qanunvericiliyi və kadr işinin təşkili" praktiki təlim kursu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi insan resursları üzrə karyeralarını qurmaq istəyən şəxsləri "Əmək qanunvericiliyi və kadr işinin praktik təşkili" üzrə təlimlərə dəvət edir. 

 

Təlim keçiriləcək yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan

 

Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50

 

Tədris dili: Azərbaycan

 

E-poçt ünvanı: [email protected];   [email protected]

 

1. Təlimin məzmunu haqqında ümumi məlumat

 

Bu proqram Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun qurulmuşdur. Burada ölkənin əmək qanunvericiliyi (zərurət yaranarsa dövlət qulluğu qanunvericiliyi) sistemi, ondan irəli gələn tələblər, əmək münasibətlərinin yaranması, rəsmiləşdirilməsi, kadr işinin praktiki formada izahı öz əksini tapır. Eyni zamanda işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, müqaviləyə xitam verilməsi qaydaları öyrədilir. Təlim kursunda işçinin istirahət hüququ, məzuniyyətin növləri, müddətləri, onun rəsmiləşdirilməsi, əmək və icra intizamı, mükafatlandırma, intizam tənbehi, işçinin və iş yerlərinin attestasiyası və digər bu kimi məsələlər tədris edilir. Siz kursda əmək qanunvericiliyi və kadr kargüzarlığı barədə zəruri məlumatları və təcrübəni əldə edərək müəssisədə kadr işini nəzəri və praktiki olaraq sərbəst şəkildə apara biləcəksiniz.

 

2. Təlim kimlər üçün hazırlanıb?

 

Təlim proqramı əsasən müəssiə və təşkilatlarda kadr işlərinin, kadr kargüzarlığının aparılmasını həyata keçirən işçilər üçün, eyni zamanda kiçik müəssisə (təşkilat) rəhbərləri, habelə nəzəri biliklərə malik olub, lakin kadr kargüzarlığı sahəsində heç bir təcrübəsi olmayan insanlar üçün nəzərdə tutulmuşdur.

 

3. Tələb olunan ilkin biliklər:

 

Təhsillə bağlı heç bir tələb yoxdur.

 

4. Təlimin davametmə müddəti və təşkili:

 

Təlim müddəti 6 həftə, ümumi tədris yükü 24 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.

 

5. Təlimin hədəfi:

 

- Azərbaycan Respublikasının əmək qanunvericiliyi (zərurət olarsa dövlət qulluğu qanunvericliyi) ilə ətraflı tanışlıq və məlumatlandırma;

- müəssisədə kadr işinin təşkili, qurulması və kadr kargüzarlığının aparılması;

- əmək münasibətlərinin yaranması, sənədləşdirilməsi və ləğv edilməsi.

 

6. Təlim iştirakçılarının sayı:

 

10 nəfərədək

 

7. Təhsil siyasətimiz:

 

Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.

 

Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.

 

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

 

8. Bizi fərqləndirən əsas cəhətlər:

 

- Peşəkar idarəçilik və təlimçilər komandası

- Müasir bilik standartlarının tətbiqi

- Hər bir dinləyiciyə fərdi yanaşma metodikası

- Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək

-Təlimlərdən sonra da hər zaman dəstək olmaq

 

Dərs günləri: Şənbə və ya həftə içi

 

Vaxt: Şənbə günləri: 10:00-13.30 və ya 14.00-17.30;   həftə içi: 19.00 - 21.00

 

Təlimin vaxtı dinləyicilərin ümum irazılığı ilə dəyişdirilə bilər.

 

Tədrisdili: Azərbaycan dili

Təlimin müddəti (saat): 24 saat

Təlimin ümumi qiyməti – 200 AZN

 

Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

 

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:

 

http://tedris-maliyye.gov.az/  

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

 

Yekunda dinləyicinin nəticələrinə asılı olaraq müvəffəqiyyət və ya dinləyici serrtifikatı təqdim ediləcəkdir.

 

26.02.2017 16:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ