Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əfsanə Nokia 3310-un təqdimatı keçirildi - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əfsanə Nokia 3310-un təqdimatı keçirildi - QİYMƏTİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nokia yeni telefonlarını təqdim edib. Uzun müddətdir umduğunu əldə edə bilməyən Nokia, təqdimatda Nokia 3310 əfsanəsinin geri qayıtdığı müjdəsini də verib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Barselonada keçirilən Mobil Dünya Konqresində (MWC) Nokia-nın Nokia 6, Nokia 5, Nokia 3 ve 3310-un yeni modelləri tanıdılıb.

 

 Əfsanə telefon Nokia 3310 yeni bir dizayn ilə yenidən bazara çıxır.

 

Bir enerji dolumu ilə 22 saat danışma müddətinə malik olam 3310-un standby (yuxu rejimi) müddəti isə 1 aydır. 

 

Köhnə Nokia 3310 modeli ilə müqayisədə daha kiçik, yüngül və incə olan yeni model; sarı, yaşıl və göy rəng variantları ilə nəşəli bir görünüşə malikdir.

 

Fiziki düymə dəsti və naviqasiya butonu ilə yeni məhsulun düymə yerləşdirmələri köhnə modeldən bir az fərqli olsa da orijinal dizayna uyğunluq saxlanılıb.

 

2.4 düym QVGA ekran, 2 MP arxa kamera və microSD kart dəstəyi ilə gələn yeni Nokia 3310, Nokia Series 30+ əməliyyat sistemini istifadə edir.

 

Nisbətən ağıllı bir cihaz olan yeni model, Opera Mini ilə internetə bağlana bilir. Təbii ki, cihazın içərisində əfsanə "ilan oyunu" da var. Bundan başqa, nostalji zəng səsləri də yenilənmiş variantları ilə telefonda yer alır.

 

 İlin ikinci rübündə satışa çıxacaq Nokia 3310-nun qiyməti isə sadəcə 52 dollardır.

 

 Həmçinin 3310, başqa bir əfsanə olan Snake Game, yəni ilan oyunu içində yüklü halda satılacaq.

 

 Nokia 3310-un qarşıya çıxan texniki xüsusiyyətləri:

 
 Ölçülər: 115.6*51.0*12.8mm - 79.6 qram
 
 Ekran: 2.4 düym QVGA
 
 Kamera: 2 MP, LED flaş dəstəkli
 
Yaddaş: 32 GB-yə qədər microSD kart dəstəyi
 
Əməliyat sistemi: Nokia Series 30+
 
Bağlantı: MicroUSB, Bluetooth 3.0, 3.5 mm AV əlaqə nöqtəsi
 

Nokianın təqdim etdiyi digər modellər isə Nokia 6 (299 Avrodan), Nokia 5 (189 Avrodan) və  Nokia 3 (139 Avrodan) satışa təqdim olunacaq.


 
Nokia 3310, bir vaxtlar onunla birlikdə olmuş marka şüarı "Connecting People" təqdimat videosu ilə təqdim edilib.


 
 Bundan başqa, Nokianın "Snake Game"i Facebook Messenger oyunlar bölməsində də yerini alacaq.
 

27.02.2017 04:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ