Audit şirkəti açmaq çətinləşəcək

“Əvvəllər sahibkarlar auditə daha çox rəy almaq üçün müraciət edirdilərsə, bu gün bir çox iş adamı şəfaf işləməyə üstünlük verdiyi üçün audit xidmətini alır”.

 

Bunu “Marja”ya Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

 

“Aparılan islahatların bir istiqaməti də şəffaflıqdır. İş mühiti daha da yaxşılaşdıqca auditə maraq artır”,- o deyib.

 

Vahid Novruzov  qeyd edib ki, 2016-cı ildə ən azı 3000-ə yaxış şirkət auditdən keçib.

 

SƏRBƏST AUDİTORLARIN SAYI AZALIR

 

Palatanın sədri əlavə edib ki, audit xidmətlərinə tələb artdığından auditor şirkətlərinin də sayı artır. 2015-ci ildə 15 yeni auditor şirkəti fəaliyyətə başlayıb:

 

“2016-cı ildə 15-ə yaxın auditor şirkəti açılıb. Şirkətləri açanlar marketinq araşdırması aparmadan bu işə girişmirlər.  Hazırda 65 auditor şirkəti  və 35 sərbəst  auditor fəaliyyət göstərir. Dünya tendensiyasına uyğun olaraq şirkətlərin sayı artır, sərbəst auditorların sayı azalır. Bu belə də olmalıdır. Gələcəkdə sərbəst auditorlar olmayacaq.   Auditor şirkətinin verdiyi rəy ilə, bir fiziki şəxsin verdiyi rəy fərqli qəbul edilir. Şirkətlər sərbəst auditorları qəbul etmirlər”.

 

TƏLƏBLƏR SƏRTLƏŞDİRİLƏCƏK

 

Vahid Novruzov bildirdi ki, hazırda Azərbaycanda kim istədi auditor şirkəti aça bilir. Bir çox ölkədə isə bu, belə deyil:

 

“Dünya təcrübəsinə görə, audit şirkəti ən azı 2 auditor tərəfindən təsis edilməlidir. Yaxın vaxtlarda Azərbaycanda da buna oxşar tələb olacaqdır. Əvvəllər də bizim qanuna görə, audit şirkəti açmaq üçün 3 auditor tələb olunurdu. Sonradan biz liberallaşma baxımdan bu tələbi götürdük.  Amma indi görürük ki, buna yenidən qayıtmaq lazımdır. “Auditor xidməti haqqında” qanuna müvafiq dəyişiklik ediləcəkdir”.

27 Fevral 2017, 10:43   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin