Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Azərbaycan Sənaye Korporasiyası” şüşə istehsalını təkmilləşdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Korporasiyası” şüşə istehsalını təkmilləşdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) şüşə istehsalı üzrə avadanlıq və ehtiyat hissələrinin satın alınmasına 581 min manatdan artıq vəsait yönəldəcək.

 

Avadanlığın tədarükünü "Azchem" MMC həyata keçirəcək. Cəmiyyət ilə müvafiq müqavilə imzalanıb. Həmçinin müqavilə avadanlığın sazlanması və istifadəyə hazırlığının yoxlanılmasını nəzərdə tutur.

 

Müqavilənin dəyəri 581,702 min manatdır.

 

Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.

04.01.2019 13:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ