Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan dünyada 3-cü yerə yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan dünyada 3-cü yerə yüksəlib

İtaliyanın “Alimentando.info” qida saytında “Azərbaycan dünyada üçüncü ən böyük fındıq istehsalçısıdır” sərlövhəli yazı yerləşdirilib.

 

Reklam_3_11

Yazıda Azərbaycanın fındıq istehsalı üzrə ABŞ-ı geridə qoyaraq Türkiyə və İtaliyadan sonra dünyada 3-cü yerə yüksəldiyi qeyd edilir.

 

Yazıda bildirilir ki, 2017-ci ildə Azərbaycanda 18 min hektar fındıq tingi əkilərək, fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatıb. Məqsəd bağların ümumi sahəsini 80 min hektara çatdırmaqdır.

 

Qeyd olunur ki, 2018-ci ilin məhsul yığımı ekspertlərə ümumi istehsal həcmini dəyərləndirməyə imkan verib. Belə ki, ötən il Azərbaycanda 70 min ton fındıq istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 56 faiz (45500 ton) çoxdur. Onun böyük hissəsi xarici ölkələrə, xüsusən İtaliyaya ixrac edilib. İtaliya 2017-ci ildə Azərbaycandan 9 min ton fındıq alıb.

 

Azərbaycan Avropa İttifaqının, eləcə də MDB-nin 25-dək ölkəsinə də fındıq məhsulları ixrac edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

04.01.2019 13:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ