Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 5-7 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi yanvarın 05-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.

04.01.2019 14:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ