Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Taxılı biçib, soya əkib - hektardan 1 ton məhsul götürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taxılı biçib, soya əkib - hektardan 1 ton məhsul götürüb

Zaqatala rayonunun təsərrüfatlarında iki ildir ki, soya bitkisi əkilib becərilir. 2018-ci ildə rayonun fermerləri 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Soya istehsalı əvvəlki illə müqayisədə 89 ton artıb. İstehsal edilən məhsulun böyük hissəsi əvvəlki ildə olduğu kimi, yenə də Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb. Keçən il bu təsərrüfatda 145 ton soya istehsal olunub.

 

Təsərrüfat rəhbəri bildirib ki, ötənilki mövsümdə əvvəlcə 45 hektarda soya yetişdirib, 95 ton məhsul tədarük edib. Taxıl biçini başa çatdıqdan sonra sınaq üçün 50 hektarda təkrar əkin olaraq yenidən soya əkib və hər hektardan 1 ton məhsul götürməyə müvəffəq olub.

 

Abdulla Mahmudovun sözlərinə görə, hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisi idxal olur. Dövlətimizin başçısının idxaldan asılılığın azaldılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri nəzərə alaraq, iki ildir təsərrüfatında sınaq üçün soya bitkisi əkib becərir.

 

Təsərrüfat rəhbəri deyib ki, soya yüksək rentabelli və qiymətli bitkidir. Heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında bu bitki mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Bundan əlavə, soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ondan lak-boyaq sənayesində də istifadə olunur.

 

Zaqatalalı fermer bu il yenə də 100 hektaradək sahədə soya yetişdirməyi planlaşdırır. Bundan əlavə, ötən ilin payızında təsərrüfatda cari ilin məhsulu üçün 270 hektarda taxıl səpini də aparılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

04.01.2019 14:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ