Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank BTB-də tədbir keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank BTB-də tədbir keçirilib

Bank BTB ASC-nin baş ofisində Xocalı faciəsinin 25 –ci il dönümünə həsr olunmuş iclas keçirilib. Tədbirin açılışını edən Müşahidə Şurasının Sədri Rza Sadiq bu faciənin miqyasından, xalqımıza vurulmuş zərbədən, insanlığa qarşı olunmuş qəddarlıqdan və dünyada əks-sədasından danışdı.

 

Reklam_3_11

Rza Sadiq həmçinin bildirib ki: “26 fevral Xocalı soyqırımı hadisəsi Azərbaycan tarixinin ən faciəli anlarından biridir. Bu hadisə dinc insanların, uşaqların, qadınların və qocaların yalnız etnik və dini mənsubiyyətlərinə görə törədilib. Belə hadisələri unutmayaraq yad etməliyik ki, ədalətli səsimiz dünya ictimaiyyətinə düzgün çatdırılsın”.

 

Daha sonra söz alan Bank BTB-nın İdarə Heyətinin Sədri Emil Rzayev Xocalı soyqırımı ilə əlaqədar xatirələri ilə bölüşüb. Faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması, Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

 

Qeyd edək ki, iclasda İdarə Heyətinin üzvləri, departament rəhbərləri, şöbə müdirləri və digər işçilər iştirak etdilər. Yığıncaq iştirakçıları öz xatirələri ilə bölüşərək, bu tədbirlərin xalq yaddaşımızın formalaşması üçün vacibliyini bildirdilər.

 

İclasın sonunda faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

27.02.2017 03:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ