Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qazaxda da çiyələk yetişdirməyə maraq artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxda da çiyələk yetişdirməyə maraq artır

Ötən ildən başlayaraq Qazaxda ilk dəfə olaraq yeni üsulla çiyələk yetişdirilir.

 

Reklam_3_11

Təsərrüfat rəhbəri Nüsrət Aşırov ilk dəfədir çiyələk becərdiyini deyib. Söhbət zamanı o, bu gün istehlakçıların ən çox maraq göstərdiyi çiyələyin dünya bazarında xüsusi yeri olduğunu qeyd edib.

 

O, keçən ilin avqust ayında Çaylı kəndi ərasizində 4 hektar sahədə yüksək məhsuldarlığa malik, süfrəlik və mürəbbəlik “Albion” sortu olan çiyələk şitilləri əkib. Bir hektara təxminən 46-50 min şitil əkdiyini deyən fermer yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və şitillərə xüsusi qulluq göstərildiyini vurğulayıb.

 

Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Onun sözlərinə görə, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır.

 

Məhsul yığımının bu ilin mart ayında aparılacağını deyən fermer gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırır. Belə ki, əlavə 3 hektar ərazidə də çiyələk yetişdiriləcəyini, eyni zamanda, ilboyu məhsul əldə etmək üçün çiyələk sahəsinin istixana ilə əvəzlənəcəyini bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

07.01.2019 06:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ