Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hyundai planlarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai planlarını açıqlayıb

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” və şirkətə aid “Kia Motors” bu il ümumilikdə 7,6 milyon nəqliyyat vasitəsi satmağı hədəfləyib.

 

Korporasiya bu hədəfə son 4 ildə xüsusən ABŞ və Çin bazarında zəifləyən satışları dirçəltmək hesabına nail olmaq istəyir. Bu hədəf 2018-ci ildəki satışlardan təxminən 200 min çoxdur.

 

Ötən il 4,6 milyon “Hyundai”, 2,8 milyon “Kia” avtomobili satılıb ki, bu da keçən il üçün müəyyən edilmiş ümumi hədəfdən (7,55 milyon) az olub.

 

“Hyundai Motor” bu il 13 tam yeni və ya yenilənmiş modeli, o cümlədən lüks “Genesis” və bir neçə yolsuzluq avtomobilini müştərilərə təqdim etməyi planlaşdırıb.

 

Şirkətin gələcək planlarında 2025-ci ilədək elektrik və hidrogen enerjisi ilə çalışan 44 hibrid modelin bazara çıxarılması da var. “Hyundai Group” təchizatçıları ilə birgə bu sahəyə 6,7 milyard ABŞ dolları sərmayə yatırmağı düşünür.

 

Yeni layihələrdən biri isə 2021-ci ilədək Cənubi Koreyada sürücüsüz robot-taksilərin istifadəyə verilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, dünyada avtomobil istehsalına görə beşinci şirkət olan “Hyundai Motor” 2000-ci ilin sentyabrında yaradılıb. Şirkətin 10 ölkədə (Cənubi Koreya, ABŞ, Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, Türkiyə, Çexiya, Slovakiya) 35 zavodu fəaliyyət göstərir. İllik qlobal dövriyyəsi 222 milyard dollara, xalis gəliri isə 12 milyard dollara yaxındır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

07.01.2019 06:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ