Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət Agentliyinin sədri CEO Lunch Baku-nun fəxri qonağı olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyinin sədri CEO Lunch Baku-nun fəxri qonağı olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev Caspian European Club-un 2019-ci il yanvarın 16-da “Hyatt Regency Baku” otelində təşkil edəcəyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

Reklam_3_11

Telman Əliyevin sözlərinə görə, tədbir  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan Caspian European Club üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq.

 

CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klub üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin  özəl sektor ilə “ASAN xidmət” arasında əməkdaşlığın genişləndirilməsi üzrə təklif və təşəbbüsləri müzakirə ediləcək. CEO Lunch Baku-nun iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

 

CEO Lunch Baku yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir.

 

Qeydiyyat üçün Caspian European Club-un saytında aşağıdakı linkə daxil olmaq lazımdır: http://caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/385-ceo-lunch-baku-16-01-2019

 

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

 

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

07.01.2019 07:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ