Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda dolu daha çox bu rayonlara zərər vurur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dolu daha çox bu rayonlara zərər vurur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dolu hadisəsinin kənd təsərrüfatına və yaşayış məntəqələrinə vurduğu zərərlərə görə rayonlaşdırılması aparılıb.

 

Reklam_3_11

Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev bildirib ki, rayonlaşdırılma aparılarkən dolu hadisələrinin inzibati rayonların kənd təsərrüfatlarının ümumi məhsuldarlığına və yaşayış məntəqələrinə vurdğu ziyan əsas göstərici kimi götürülüb.

 

Onun sözlərinə görə, Azərbaycanda dolu hadisələrinin daha çox zərər vurduğu rayon Gədəbəy, Daşkəsən, Tovuz, Göygöl bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 178,1 min nəfər olan 278 yaşayış məntəqəsi və 54,6 min ha əkin sahəsi əsasən, may-iyul aylarında doluvurmaya məruz qalır. Tədqiqat nəticəsində doluvurmanın bu rayonun iqtisadiyyatına il əzində 6 milyon manatdan çox ziyan vurduğu müəyyən edilib.

 

N.Paşayev qeyd edib ki, dolu hadisələrinin çox zərər vurduğu rayon Ağstafa, Qazax, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Şəmkir bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 120 min nəfər olan 143 yaşayış məntəqəsi və 38,4 min ha əkin sahəsi yaz və yay aylarında doluvurmaya məruz qalır. Doluvurma hadisələri rayonun iqtisadiyyatına il əzində 2-6 milyon manat həcmində zərər vurur.

 

Dolu hadisələrinin orta dərəcədə zərər vurduğu rayona Mingəçevir, Gəncə və Şəki şəhərləri, Qax, Oğuz, Qəbələ, Naxçıvan MR (Kəngərli istisna olmaqla), Göyçay, Samux, Ağsu, Tərtər bölgələrinin dəniz səviyyəsindən 1000-1500 metr və daha yüksək sahələrində yerləşən, əhalisi 108 min nəfər olan 106 yaşayış məntəqəsinin ərazisi daxildir. Hər il doluvurma hadisələri rayonun iqtisadiyyatına 1-2 milyon manat həcmində zərər vurur.

 

Şöbə müdiri  bildirib ki, dolu hadisələrinin az zərər vurduğu rayona Qobustan, Lənkəran, Xızı, Yardımlı, Lerik, Quba, Qusar, Kəngərli, Sədərək, Şabran bölgələrinin əraziləri daxildir. Doluvurma nəticəsində rayonun iqtisadiyyatına il əzində 0,5-1 milyon manat həcmində zərər dəyir.

 

Dolu hadisələrinin daha az zərər vurduğu rayona Aran (Mingəçevir, Göyçay istisna olmaqla) və Abşeron iqtisadi rayonları (Xızı bölgəsi istisna olmaqla), Astara, Xaçmaz, Siyəzən bölgələri daxildir. Hər il doluvurma nəticəsində rayonun iqtisadiyyatına 500 min manatdan az zərər dəyir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

07.01.2019 09:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ