Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azər Türk Bankdan şirkət və fərdi sahibkarlara Yeni il müjdəsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bankdan şirkət və fərdi sahibkarlara Yeni il müjdəsi

(®) Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank korporativ müştərilər və fərdi sahibkarlar üçün Yeni il münasibətilə kampaniyaya başlayıb.

 

Kampaniyanın şərtlərinə uyğun olaraq Bankda yeni korporativ müştərilər üçün cari hesablar ödənişsiz açılacaqdır. Kampaniya ərzində Azər Türk Bankla əməkhaqqı layihəsi çərçivəsində əməkdaşlığa başlayan təşkilatlara işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcəkdir.

 

Eləcə də fərdi sahibkar olan müştərilər Azər Türk Bankda cari hesablarını ödənişsiz aça biləcəklər. Bu müştərilərə də işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən pulsuz veriləcəkdir. Bundan əlavə, kampaniya müddətində cari hesab açan fərdi sahibkarlara bütün bank əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan verən Sahibkar Kartı  hədiyyə edilir.

 

Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz və ya komissiya tutulmur.

 

Kampaniya 31 yanvar 2019-cu il tarixinədək davam edəcəkdir.

 

Daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 

07.01.2019 12:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ