Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR AQŞ ADNSU-da karyera sərgisində iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ ADNSU-da karyera sərgisində iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 dekabr 2018-ci il – SOCAR AQŞ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təşkil olunmuş Karyera sərgisində iştirak etmişdir.

 

Tədbirin keçirilməsində məqsəd tələbələr üçün işəgötürənlərlə ünsiyyət qurmaq və karyera imkanları haqqında məlumatlanmaq fürsəti yaratmaq idi.

 

ADNSU-nun Karyera mərkəzinin açıqlamasına görə, tədbir müxtəlif fakültələrdən olan 3000-ə yaxın tələbə və məzunları, eləcə də neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu yerli və beynəlxalq şirkətləri bir araya gətirmişdir.

 

SOCAR AQŞ də ADNSU-da keçirilmiş karyera sərgisinə qatılmışdır. Şirkət təmsilçiləri yüzlərlə iştirakçı ilə ünsiyyət qurmuş və onları şirkətdə olan mövcud vakansiyalar və yay təcrübə proqramı ilə əlaqədar məlumatlandırmışlar. Tələbələr birinci və ikinci kurslarda təhsil alanlar üçün təcrübə proqramı və həmçinin təhsilini bitirdikdən sonra təcrübəçi qismində işləmək imkanları haqqında ətraflı məlumat əldə ediblər. Onlar təcrübə proqramının praktiki faydaları haqqında da məlumatlandırılıblar.

 

Tədbir iştirakçıları arasında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Professor Mustafa Babanlı SOCAR AQŞ-nin kollektivinə universitetə ayırdıqları diqqətə görə təşəkkür etmiş və vurğulamışdır: “Biz Sizi daima öz tədbirlərimizdə görməyə şadıq. Sizin bizə göstərdiyiniz diqqətə və tələbələrimizin potensialına olan inamınız üçün sizə minnətdarıq. Ümid edirik ki, bu münasibətlər qarşıdakı illərdə də davam edəcək.”

 

Qeyd edək ki, SOCAR AQŞ inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlərlə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

 

07.01.2019 11:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ