Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da quyular artır, neft qalxa bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da quyular artır, neft qalxa bilmir

Neft qiymətləri, ABŞ-da qazılan neft quyularının sayının 2015-ci ilin Oktyabr  ayından bu yana ən yüksək səviyyəsinə çıxması və bunun nəticəsində ABŞ-da istehsalın artacağı gözləntilərinin güclənməsilə 60 dollara doğru bahalaşa bilmir.

 

Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı ötən həftə 5 artaraq 602-yə çıxıb. 

 

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da neft hasilatı, ötən həftə açıqlanan rəsmi məlumatlara görə, gündəlik 9 milyon barelinin üzərinə çıxaraq Apreldən bu yana ən yüksək səviyyəsinə qalxıb.


 
ABŞ-ın neft ehtiyatlarındakı artımlar neft qiymətlərinin bu il 50 dolların üzərində dar bir "dəhlizdə" qalmasına səbəb olub.

 

Analitiklər bildirirlər ki, ABŞ-ın şist nefti istehsalçıları bu nöqtədə istehsalı azaltmayacaqlar. ABŞ-da şist nefti hasilatı artdığı halda, bu vəziyyət OPEC üzvləri üçün əhəmiyyətli bir çətinlik olacaq. Çünki bu vəziyyət qiymətləri davamlı şəkildə aşağı çəkəcəkdir.


 
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Qərbi Texas Neft (WTI) Nymex birjasında  54,37 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında  56.34 dollardan əməliyyat olunub.

27.02.2017 06:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ