Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda kredit müqavilələri dəyişəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kredit müqavilələri dəyişəcək

Azərbaycanın bank sektorunda maraqlı yenilik gözlənilir. Yaxın vaxtlardan etibarən banklar  müştərilərə kredit verdikdə bütün banklar üçün eyni olan standart müqavilələr bağlayacaqlar. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə başlayan bu yeniliyi Palata da dəstəkləyib.


Standart kredit müqavilələri ilə bağlı yeniliyin detallarını  Banklar Assosiasiyasının (ABA)  hüquqşünası Qorxmaz Ağayev açıqlayıb.

 

Standart kredit müqaviləsi nə üçün lazım oldu?

Reklam_3_11



ABA-ın hüquqşünası  bildirib ki, dünya təcrübəsinə görə, bu və ya digər sektorda fəaliyyət göstərən şirkətlər müştəri məmuniyyətini təmin etmək və öz fəaliyyətlərini kordinasiya etmək üçün vahid qaydalardan çıxış edirlər. Həmin standart müqavilələr də həmin prosedurların tərkib hissəsi olur və bütün təşkilatlar öhdəliklər götürür ki, öz müştəriləri ilə kontrkatları bu qaydada bağlayacaqlar: “Bu 1-ci səbəbdir, yəni təkminləşdirməkdən ötrü. Başqa sözlə, belə müqavilələrin olması banklara etimadı artırmaq məqsədi daşıyır. Hazırda vahid müqavilə forması olmadığına görə və hər bank özü ayrıca müqavilə hazırlayır və bu da narazılıq yaradır”.
 
 
İstəsəniz hərfləri böyüdüb oxuyun


2-ci səbəb isə xüsusilə istehlakçılar arasında bəzən yaranan narazılqlardır. Müştərilər müqavilənin hərflərinin kiçik olmasından şikayətlənirlər, çünki belə müqaviləni noral oxuyub başa düşmək mümkün olmur, nəticədə onlar müqaviləni oxumadan imzalayırlar ki, onun da mənfi nəticələri olur.
İndi isə standart müqavilə bankların internet saytlarında yerləşdiriləcək. İnternetdə olan istənilən sənəd kimi, bu müqavilənin şriftini də böyütmək mümkün olacaq: “Yəni  kredit götürmək isteyirsizsə, şərtləri oxuyub, növbə rejimi və  psixoloji təsiri altında hərəkət etmədən öncədən hansı öhdəliklərinizin olduğunu bilirsiniz”.
 
 
Kredit müqaviləsindəki “ikibaşlı” cümlələr
 

Ən maraqlı məsələlərdən biri kredit müqaviləsində yer alan mürəkkəb, necə deyərlər “ikibaşlı” cümlədərdir. Bəzən bankların hüquqşünasları hansısa səbəblərdən müqaviləyə elə mürəkkəb və çoxmənalı şərtlər əlavə edirlər ki, həmin cümlələrin əsl mənasını məhkəmələr də müəyyəən edə bilmir: “Bəzən məhkəmələr tərəfindən bankların  eyni  məsələni tənzimləyən ayrı-ayrı ifadə edilmiş cümlələri fikir ayrılığına səbəb olurdu”.  Bütün bu problemleri aradan qaldırmaq üçün xüsusən istehlak kreditləri sahəsində belə bir müqavilənin hazırlanması zərurəti meydana gəlib.
 

Banklar cərimə məsələsində güzəştə gedəcəklər
 

Standart müqavilənin tətbiqi ilə bağlı gözlənini digər yenilik banklar tərəfindən standart cərimələrin də tətbiqi olacaq. Söhbət kreditin gecikdirilməsinə görə bank tərəfindən müştəriyə tətbiq edilən cərimələrdən gedir. Q.Ağayev deyir ki, banklar öz zərərlərinə də olsa da, azaltmaq barədə razılığa gəliblər və bütün banklarda eyni cərimələr olacaq: “o məna da ki, cərimənin maksimal məbləğini müəyyənləşdiriblər”.
 
Gələcəkdə bütün kreditlər standart müqavilə ilə olacaq
 

Q.Ağayev deyir ki, gələcəkdə bütün müqavilələr standart olacaq: “Bu ümumiyyətlə böyük bir layihədir və onu bütün istiqamətlər üzrə tətbiq etmək istəyirik». Söhbət təkcə kreit müqavilələrindən deyil, bank hesablarının açılması, əmanətlərin yerləşdirilməsi və sairdən gedir: «İlkin mərhələdə istehlakçılarla olan məsələ daha aktualdır deyə, bu yeniliyi ilk növbədə istehlak kreitlərindən başladıq”.
 

Yenilik bütün banklar üçün məcburi olacaq
 

Standart kredit müqaviləsi ABA-ya üzv olan banklar üçün məcburi qüvvəsi olacaq. Düzdür, bankların bu qaydalara riayət etmədiyi şəkildə, bunu cərimələmək kimi riski olmayacaq. Ancaq Q.Ağayev bildirib ki, heç bir bank öz imicini qorumaq üçün bu qaydalardan kənara çıxmaz. Bunu həm uzunmüddətli əməkdaşlıq təcrübəsi, həm də Assosiasiyasının üzvlərinə rəyasət heyəti tərəfindən verilmiş qərarların icrası göstərir. Üstəlik, standrat kredit müqaviləsinin forması Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə də razılaşdırılacaq: “Bu həm də bankların özlərinin razılıq verdiyi bir sənəddir”..
 

Standart kredit müqaviləsi nə vaxt tətbiq olunacaq?
 

Q.Ağayev bildirir ki, standart kredit müqavilələrinin tətbiqi ilə bağlı dəqiq vaxt demək çətin olsa da, bu proses 3-6 aya yekunlaşacaq: “ən geci sentyabrda olacaq”. Hal-hazırda sənəd Palatada müzakirə edilir: “Ümumiyyətlə, Palata özü bu kontrakt hazırlanan dövrdə  işçı qrupunun üzvü idi. Palata özü bütün proseslərdə iştirak edirdi və iclaslar Palatada keçirilirdi. Bu proses demək olar ki,MBNP-ın rəhbərliyi altında həyat keçirilmiş prosesdir”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

07.01.2019 12:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ