Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Reydlər başlayıb - 40-A YAXINI CƏRİMƏLƏNDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Reydlər başlayıb - 40-A YAXINI CƏRİMƏLƏNDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Belə ki, indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib.

 

Agentlikdən “Marja”ya daxil olmuş məlumata görə, bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

 

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir.  Bununla bağlı olaraq Agentlik aidiyyəti orqanlar ilə birlikdə qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb:

 

"Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib. Odur ki, reydlərə ilkin olaraq Nizami rayonundan başlanılıb. Bu rayon üzrə 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərtə tutulmuş inzibati tədbirlər görülüb",- məlumatda deyilir.   

 

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

07.01.2019 15:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ