Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dolların ucuzlaşması sürətlənib - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların ucuzlaşması sürətlənib - GÜNƏ BAXIŞ

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bu həftə üzrə proqnozlaşdırılan tendensiya artıq sürətlənməyə başlayıb.


 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Bu tendensiya bazar ertəsi ABŞ-ın xidmət sektoru ilə bağlı dərc edilən statistik göstəricilər fonunda daha da sürətlənib. 

 

ABŞ-ın bazar təchizatının araşdırılması institutunun (ing.: "İnstitute for Supply Management", "ISM") dekabr ayı üzrə yayımladığı fundamental göstəricilərdə, xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksin 60.7 punktdan 57.6 punkta kimi azalması göstərilib. Bu isə 2018-ci ilin avqust ayından etibarən ən aşağı göstəricidir. Mütəxəssislər isə yalnız 59.6 punkta kimi azalma proqnozlaşdırırdılar. 

 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 

 

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Funt 1.28$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma burada da 1.29$-a kimi davam edə bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın xarici ticarəti və əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

08.01.2019 05:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ