Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda heyvanlar üçün vaksinlər və antibiotiklər istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda heyvanlar üçün vaksinlər və antibiotiklər istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AMEA Yüksək Texnologiyalar Parkı Bakıda heyvanlar üçün vaksinlərin və antibiotiklərin istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə AMEA-dan məlumat verilib.

 

“Hazırda Azərbaycanda vaksinlərin istehsalına böyük zərurət var, çünki idxaldan güclü asılılıq mövcuddur. AMEA istehsalat və bitki inqreiyentlərindən istifadə etməklə vaksinlərin istehsalının təşkilinə 5 mln. dollar yönəltməyi planlaşdırır. Layihənin reallaşdırılması müddəti bir il, xərclərin çıxarılması isə 2 il müddətində qiymətləndirilir”, - AMEA-dan qeyd ediblər.

 

Bundan əlavə, AMEA Yüksək Texnologiyalar Parkı həmçinin heyvanlar üçün antibiotik və vaksinlərin istehsalını təşkil etməyi planlaşdırır. Bu layihə 3,5 mln. dollar həcmində qiymətləndirilir. Layihənin reallaşdırılması müddəti də müvafiq olaraq bir il, xərclərin çıxarılması - 2 il təşkil edir.

 

Hər iki layihənin maliyyələşdirilməsi mexanizmi hələlik müəyyən olunmayıb.

 

AMEA-dan qeyd ediblər ki, Yüksək Texnologiyalar Parkı ərazisində qarayara xəstəliyinə qarşı vaksinin sintezi və istehsalı planlaşdırılır.

 

“Layihə 9 mln. dollar həcmində qiymətləndirilir, bunun 3 mln. dolları molekulyar biotexnologiya mərkəzi, daha 6 mln. dolları istehsalat meydançasının yaradılmasına yönəltmək planlaşdırılır. Layihənin reallaşdırılması müddəti 1,5 il, xərclərin çıxarılması müddəti – 3 il ərzində qiymətləndirilir”, - AMEA-dan məlumat verilir. 

 

Vurğulanıb ki, bu layihənin 50%-i Yüksək Texnologiyalar Parkı, daha 50%-i potensial investorlar tərəfindən maliyyələşdiriləcək. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan” 

08.01.2019 06:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ