Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Xəzərdə milyardlıq layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzərdə milyardlıq layihə

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) Xəzər dənizinin Azərbaycan sektorunda  1 mlrd. 208,9 mln. dollar ümumi məbləğdə iki külək elektrik stansiyalarının tikintisi layihəsini hazırlayıb.

 

Reklam_3_11

Bu barədə hökumətdən məlumat verilib.

 

“Wind Island-1” layihəsi Abşeron yarımadasının elektik enerjisi ilə təchizatı məqsədilə Pirallahı və Çilov adalarında küləklər hesabına elektrik enerjisi istehsalına yönəlib. Layihə daxili istehlakçılara xidmət məqsədilə ölkənin enerji sisteminə qoşulacaq külək parkının salınmasını nəzərdə tutur”, - hökumətdən qeyd ediblər.

 

Agentliyin qiymətləndirmələrinə görə, layihənin dəyəri 408,9 mln. dollar təşkil edir, bu məbləğin 80%-i investorların vəsaiti, 20%-i dövlət investisiyalarının payına düşür. Layihənin reallaşdırılması müddəti üç il, xərclərin çıxarılma müddəti – 20 il təşkil edir.

 

O cümlədən, AREA Pirallahı Külək Elektrik Stansiyasının tikintisi layihəsini hazırlayıb.

 

“Bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, Pirallahı və Çilov adaları arasında bir növ körpü rolunu oynayacaq. Bu stansiya elektrik enerjisi ilə təchizata və yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq. Qeyd ediən layihənin reallaşdırılması yerli infrastrukturun inkişafı və iqtisadi rifaha imkan yaradacaq”, - hökumətdə hesab edirlər.

 

Bu layihənin ilkin dəyəri 800 mln. dollar təşkil edir. “Lakin maliyyələşdirilnmə mexanizmi hələlik müəyyən olunmayıb. Layihənin reallaşdırılması müddəti bir il, xərclərin çıxarılma müddəti – 15 il təşkil edir”, - hökumətdən vurğulanıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan” 

08.01.2019 07:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ