Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan vizasız səfər üzrə indeksdə bir pillə irəliləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan vizasız səfər üzrə indeksdə bir pillə irəliləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 8-də "Henley & Partners" şirkəti dünya ölkələrinə vizasız səfər üzrə son dəyişiklikləri əks etdirən yeni pasport indeksini açıqlayıb.

 

İndeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər) tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə) bölüşür. İkinci mövqedə Cənubi Koreya və Sinqapur qərarlaşıb (189 ölkə).

 

Böyük Britaniya və ABŞ isə indeksdə 6-cı yeri (185 ölkə) bölüşürlər. Ekspertlər bu enişi (2015-ci ildə ilk sırada idilər) hər iki ölkənin "bağlı qapılar" siyasəti ilə izah edirlər.

 

2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər.

 

Üç ay ərzində Rusiya, Türkiyə və Qazaxıstanın mövqeləri dəyişməyib - müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfərlər. Gürcüstan 2 ölkə ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 51-ci yeri (114 ölkə) tutur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

08.01.2019 08:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ