Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“2600 ödədik, bizə köhnə mebel satdılar” - Fotolar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“2600 ödədik, bizə köhnə mebel satdılar” - Fotolar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı sakini Sona Həsənova “Dellora” mebel salonunun onlara köhnə mebel satdığını iddia edir.

 

Şikayətçi bildirib ki, elana əsasən köhnə mebelini yeni mebellə əvəzləmək üçün şirkətə təqdim edib. Ancaq onlara yenidən köhnə mebel verilib:

 

“Ötən il sentyabrın 5-də öz köhnə mebelimi “Dellora” mağazalar şəbəkəsinə təhvil verdim. Mən işdə, həyat yoldaşım isə xəstəxanada olanda yeni mebeli qaynıma təhvil veriblər. O da fikir verməyib. Sonradan biz gördük ki, mebel köhnədir. Üzərində xeyli cızıqlar var. Mağaza işçilərinə dedik, gəlib baxdılar. Ancaq dəyişmirlər. 2600 manat pul ödəmişik, əvəzində köhnə mebel verildi”.

 

Məsələylə bağlı şirkət nümayəndəsi Səbinə Mirzəyeva bildirilib ki, mebeldəki cızıqlar və qeyd onunan digər problemlər sonradan yaranıb: 

 

“Mebeldə hər hansı bir problem yarandığı təqdirdə 14 gün ərzində dəyişmək və qaytarmaq mümkündür. Ancaq sözügedən şəxs bizə 3 ay sonra müraciət edib. Qeyd etdiyi bütün səbəblər sonradan yaranıb. Sadəcə bir detalında problem var, onu düzəltmək istəyirik, razı olmur”. 

 

© “Qafqazinfo”

08.01.2019 08:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ