Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AREA-dan 230 milyonluq layihələr - BAKI YAXINLIĞINDA TİKİLƏ BİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
AREA-dan 230 milyonluq layihələr - BAKI YAXINLIĞINDA TİKİLƏ BİLƏR

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) Abşeron yarımadasında iki elektrik stansiyasının tikinti layihəsini hazırlayıb. Layihələrə ümumi investisiyalar 229,1 mln. manat hcmində qiymətləndirilir. Bu barədə hökumətdən məlumat verilir.

 

“Birinci layihə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində 500 hektar sahədə külək genaratoru ilə hibrid tipli elektrik stansiyasının tikintisini nəzərdə tutur. Layihə 154,4 mln. manat həcmində qiymətləndirilir. Reallaşdırılma müddəti – 36 aydır. Maliyyələşdirilmə mexanizmi və layihənin xərcinin çıxarılması müddəti hələlik dəqiqləşdirilməyib”, - hökumətdən qeyd ediblər.

 

Bu layihənin icrası illik 27,9 mln. kubmetr qaza qənaət eməyə və atmosferə buraxılan karbon qazının həcmini 47,9 min ton azaltmağa imkan yaradacaq.

 

Bundan əlavə, AREA Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 180 hektar sahədə külək stansiyasının tikintisi layihəsini hazırlayıb. “Layihə ilkin olaraq 74,7 mln. manat həcmində qiymətləndirilir. Reallaşdırılma müddəti – 36 aydır. Lakin layihənin xərcinin çıxarılması müddəti və maliyyələşdirilmə mexanizmi hələlik dəqiqləşdirilməyib”, - hökumətdən bildiriblər.

 

AREA-nın hesablamalarına əsasən, Lökbatan Külək Elektrik Stansiyasının tikintisi illik 17,6 mln. kubmetr qaza qənaət eməyə və atmosferə buraxılan karbon qazının həcmini 31,4 min ton azaltmağa imkan yaradacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan”  

08.01.2019 10:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ