Mobil manşet üstü reklam-3_21

2 boş yerə 52 nəfər sənəd verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 boş yerə 52 nəfər sənəd verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət İmtahan Mərkəzi 11 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 66 (A növü üzrə 2 vəzifə, B növü üzrə 64 vəzifə) vakant vəzifəni müsahibəyə çıxarıb.

 

Mərkəzdən verilən məlumata görə, həmin vəzifələr üzrə qeydiyyatdan keçən 150 namizədlə 234 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Elektron hökümət və rəqəmsal innovasiyalar şöbəsinin Elektron hökumət məsələləri sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd) və Masallı regional "ASAN xidmət" mərkəzinin Səyyar xidmətin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Dövlət borcunun uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 18 namizəd) vəzifələri üzrə qeydə alınıb.

 

Müsahibələrin yanvarın 14-dən 28-dək keçirilməsi nəzərdə tutulub. Müsahibədə iştirak üçün qeydiyyatdan keçən namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

 

Namizədlərin ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları lazımdır.

08.01.2019 11:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ