Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-dan Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-dan Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdir və şirkətdə Vergilər Nazirliyi tərəfindən mütəmadi cari yoxlamalar aparılır. Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”.

 

Reklam_3_11

Bu barədə SOCAR-dan Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı açıqlamada bildirilib. 

 

Qeyd edilib ki, SOCAR dövlətin əsas vergi ödəyicisi olduğu üçün bu cür yoxlamalar daha əvvəl də tez-tez həyata keçirilib ki, bu da təbii haldır.

 

Məlumatda deyilir ki, yoxlamalar keçirməklə Vergilər Nazirliyi sadəcə özünün birbaşa funksiyasını icra edir: “SOCAR isə Vergilər Nazirliyinin yoxlamalarına qarşı daim açıq olub və olacaq. Bundan əlavə olaraq, SOCAR həm də ictimaiyyətə qarşı şəffaflığı təmin etmək üçün öz təşəbbüsü ilə dünyanın aparıcı audit şirkətlərindən biri olan “Ernst&Young” şirkəti ilə artıq uzun illərdir ki, əməkdaşlıq edir və həmin şirkət hər il dərc edilən SOCAR-ın maliyyə hesabatlarını yoxlayır, təsdiqləyir və həmin obyektiv və neytral yoxlamadan sonra hesabatlar ictimaiyyətə təqdim olunur. Bununla da SOCAR öz hesabatlarının yüksək şəffaflığını və dəqiqliyini təmin edir”.

08.01.2019 11:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ