2019-cu ildə 5G texnologiyasının tətbiqinə başlanılır

Beşinci nəsil (5G) adlanan yeni texnologiyaya keçid sizin smartfonlarınızın və digər elektronika vasitələrin istifadəsini dəyişə bilər. 2019-cu ildə bu texnologiyanın tam tətbiqi və mobil telefonların yenilənməsi prosesi başlayır.

 

“The New York Times” xəbər verir ki, 5G texnologiyası təkcə smartfonlarda deyil, həmçinin sənaye robotları, təhlükəsizlik kameraları, dronlar və bir-birinə məlumat ötürən avtomobillər üçün də yenilik olacaq. ABŞ və Çin rəsmiləri 5G şəbəkələri üzrə yarış elan ediblər. Belə ki, yeni texnologiyanın istifadəsi iqtisadi rəqabət sahəsində də üstünlük qazanmağa imkan verəcək.

 

Yanvarın 14-də Las-Veqasda və martda Barselonada açılacaq texnologiya sərgilərində də 5G rabitə standartları diqqət mərkəzində olacaq. AT&T və “Verizon” provayder şirkətləri artıq bu məsələdə liderliyi ələ alıblar. “Samsung” isə hər iki provayderin şəbəkəsindən istifadə edəcək smartfonları satışa buraxmağa hazırlaşır. “Apple” şirkətinin bu sahədə kütləvi istehsalı 2020-ci ildən tez gözlənilmir.

 

Ekspertlər bildirirlər ki, sələflərindən daha mükəmməl şəbəkəyə, radio tezliyinə və siqnallara malik olan 5G texnologiyasının öncəki rabitə standartları ilə müqayisədə yüksək yükləmə və endirmə sürəti var. O, daha geniş əhatə dairəsi və sabit bağlantını təmin edir. Simsiz çip istehsalçısı olan “Qualcomm” şirkətinin məlumatına görə, 5G texnologiyasının yükləmə sürəti saniyədə 4,5 gigabitdir. Bundan əvvəlki sürət isə cəmi 1,4 gigabit olub. Fayl köçürmə qabiliyyəti də 4G ilə müqayisədə 20 dəfə sürətlidir. Bundan başqa, videonun keyfiyyətində də böyük dəyişiklik olacaq: ən müasir cihazla standart bir filmin yüklənməsi də 4G-dən altı dəqiqə çox – cəmi 17 saniyəyə başa çatacaq. Faylların yüklənməsi zamanı gözləmə müddəti də bir neçə millisaniyəyə enəcək.

 

Əksər ölkələrdə 5G xidmətinin 2020-ci ilədək təqdim olunacağı gözlənilir. Lakin Qətərin “Ooredoo” telekommunikasiya şirkəti artıq 5G kommersiya xidmətini işə saldığını bildirib.

8 Yanvar 2019 , 17:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Volksvagen Touareg Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin