Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

2 min baş inək, yem zavodu və toxum fabriki - YENİ AQROPARK TİKİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 min baş inək, yem zavodu və toxum fabriki - YENİ AQROPARK TİKİLİR

Ağsu rayonun Ərəbsarvan kəndi ərazisində "Ağsu Aqropark” ASC tərəfindən aqropark yaradılır.

 

Reklam_3_11

Aqroparkın ərazisində 480-i sağmal olmaqla 2 min baş inək üçün nəzərdə tutulan ətlik və südlük fermanın tikintisi başa çatır. Ümumi sahəsi 500 hektar olan ərazidə pivot suvarma sisteminin quraşdırılması isə yekunlaşıb.

 

Aqroparkda 10 min tonluq beton silos quyuları da tikilib. Bundan başqa, istehsal gücü saatda 10 ton olan yem zavodu qurulur. Zavodun xammal təminatı hər biri 1500 tonluq 6 silos anbarlarından təmin ediləcək.

 

Parkda istehsal gücü saatda 5 ton olan toxum fabriki də qurulur. Hər biri 150 tonluq 10 anbardan xammalla təmin ediləcək fabrikdə toxumlar təmizlənməklə dərmanlanacaq və müxtəlif ölçülərdə qablaşdırılaraq həm müəssisənin daxili tələbatı üçün istifadə olunacaq, həm də əhalinin toxum təlabatının qarşılanması məqsədilə satışa çıxarılacaq.

 

Hazırda "Ağsu Aqropark” QSC-də 40-a yaxın müasir maşın, traktor, kombayn və avadanlıqdan ibarət nəqliyyat-texnika parkı var. Maşınların hər biri güclərinə müvafiq qoşğu və aqreqatlarla təmin edilib.

 

Qeyd edək ki, aqropark tam gücü ilə işə düşdükdən sonra burada 200 nəfərin işləməsi mümkün olacaq.

 


© "Azərbaycan”

09.01.2019 03:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ