Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Embafinans"ın 2-ci tranş istiqrazlarının təkrar bazarda ticarətinə başlanılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Embafinans"ın 2-ci tranş istiqrazlarının təkrar bazarda ticarətinə başlanılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 8-də Bakı Fond Birjasında (BFB) "BOKT Embafinans" MMC-nin istiqrazlarının 2-ci tranşı üzrə buraxılışının (ISIN nömrəsi AZ2002020603) təkrar bazarda ticarətinə start verilib.

 

BFB-dən bildiriblər ki, ticarətə buraxılan faizli, təmin edilməmiş istiqrazların məbləği 1 milyon manat, sayı 1000 ədəd, tədavül müddəti 1 il və illik faiz dərəcəsi 10.5 faizdir. BFB-nin Listinq Komitəsinin qərarı ilə "BOKT Embafinans" MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazları noyabrın 29-da Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

 

"BOKT Embafinans" MMC-nin istiqrazlarının ticarətində iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər (www.bfb.az).

 

Qeyd edək ki, "BOKT Embafinans" MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları ötən il oktyabrın 8-də BFB-də ticarətə buraxılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

09.01.2019 04:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ