Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hərraclarda satılmış valyuta idxalın 60%-i səviyyəsində olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərraclarda satılmış valyuta idxalın 60%-i səviyyəsində olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə valyuta hərraclarında 6 milyard 460,4 milyon dollar satılıb. Bu, 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 80% artıqdır.

 

"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 11 ayı ərzində Azərbaycanın idxalı 10 milyard 295 milyon dollar təşkil edib. Azərbaycanın aylıq idxalının 1 milyard dollar civarında olduğunu nəzərə alsaq 2018-ci ilin 12 ayı üzrə idxalın 11 milyard dollardan çox olacağı gözlənilir. 

 

Rəqəmlərin müqayisəsindən görünür ki, valyuta hərraclarında satılmış valyutanın məbləği cəmi idxalın təxminən 60%-i səviyyəsindədir. 

 

İqtisadçı Qubad İbadoğlu bildirib: "Göründüyü kimi ötən il manata təzyiqi artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir. Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər çoxalacaq”.

09.01.2019 05:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ