Dollar ucuzlaşır, Avro və neft bahalaşır - GÜNƏ BAXIŞ

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində proqnozlaşdırılan tendensiyanın aktuallığı investorların diqqət mərkəzindədir.


 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir və 1%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. EUR/USD məzənnəsinin də 1.14$-ın üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Amerikanın iqtisadiyyatında son aylar müşahidə edilən durğunluğun daha da dərinləşə biləcəyi gözləntilərinin aktuallığı, Amerika Mərkəzi Bankının (FED) 3%-ə kimi faiz artımı ehtimallarını da azaldır. Bu, dolların qiymətlərinə təzyiq edən əsas amildir. 

 

Enerji bazarlarında da Avropanın Brent markalı nefti dəyər qazanmaqdadır. Son iki həftə ərzində 19% bahalaşan bir barel üzrə qiymət, 59$-ın üzərində qaldıqca, 62$-a kimi də dəyər qazana bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

9 Yanvar 2019 , 08:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin