Hyundai yeni krossover modelinin adını açıqlayıb

Cənubi Koreyanın avtomobil nəhəngi Hyundai, yeni yığcam (kompakt) SUV modelinin adını açıqlayıb. "Marja" xəbər verir ki, avtomobilin adı Styx-dır.

 

Hindistanın mediası Styx-in böyük ehtimalla Hindistan, Cənubi Koreya və Türkiyə olmaqla üç ölkədə birdən istehsal ediləcəyini yazıb. Yeni modelin, Hyundai-ın ən böyük qlobal satış həcminə çatması gözlənən modeli olması hədəflənir.
 

Hyundai Styx, həm 1.2 benzin və 1.5 dizel mühərrik variantları ilə istehsal olunacaq.
 
 
Hyundai, Styx adını Yunan mifologiyasından götürüb. Yunan mifologiyasında canlıların yaşadığı dünyanı Hades-dən ayıran çayın adı Styx-dir. Həmçinin Yunan tanrısı Axilles-in də bu çaya girdiyi üçün ölümsüz olduğuna inanılır. 
 

Avtomobilin elektrik ilə işləyən versiyası da olacaq.

 

Hyundai Styx, açılan tavana, geniş ekranlı məlumat-əyləncə sisteminə və geniş baqaja malik olacaq. Hyundai Styx-in eyni zamanda park sensoru və kamerası, açarsız giriş və ağıllı telefon əlaqəsi kimi xüsusiyyətləri də standart olacaqdır. 

9 Yanvar 2019 , 09:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin