Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə pronozunu aşağı saldı
Dünya Bankı 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artımını 3,6% səviyyəsində proqnozlaşdırır, bu da iyun ayının proqnozundan 0,2 faiz bəndi azdır (Əvvəlki 3,8%).
Bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,3% təşkil edəcək, bu da öz növbəsində iyun ayının proqnozundan 0,1 faiz bəndi çoxdur.
DB 2021-ci ildə Aərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.
“Maliyyə sektorunda stabilləşmə və neftin qiymətinin nisbətən artımı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının tədricən bərpasına səbəb olub. Ölkə iqtisadiyyatının dəstəklənməsi məqsədilə fiskal tədbirlərə ümid etməkdə davam edir. Bundan əlavə, Azərbaycan manatının məzənnəsinin stabilləşməsi inflyasiyanın azalması və pul-kredit siyasətinin yumşaldılmasına gətirib”, - icmalda qeyd edilir.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan hökuməti ÜDM-in artımını 3,6%, 2020-ci ildə - 3,8%, 2021-ci ildə - 3,6% səviyyəsində olacağını gözləyir.
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in artımı 1,3%, orta illik inflyasiya – 2,3% təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
42 d. əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
46 d. əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
51 d. əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
2 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 3 saat əvvəl