Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İnam Kərimov pambıqçılığa həsr olunmuş müşavirə keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnam Kərimov pambıqçılığa həsr olunmuş müşavirə keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib.

 

Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər.

 

Müzakirələrdə 2019-cu ildə pambıq əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, əkin zamanı texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənib. 

 

Tədbirdə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə toxunulub, bu sahənin kənd təsərrüfatının prioritet sahələrindən biri olduğu vurğulanıb. Yekunda bu cür müzakirələrin mütəmadi olaraq ayda bir dəfə keçirilməsi qərara alınıb.

09.01.2019 09:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ