Azərbaycanda törəməsi olan Gürcüstan bankı çirkli pulların yuyulmasında ittiham olunur

 

Azərbaycanda kredit təşkilatı olan Gürcüstanın böyük banklarından biri “TBC Bank”ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

 

Bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobava bildirib.

 

O deyib ki, Maliyyə Monitorinqi Xidməti “TBC Bank”ın 2018-ci ilin may ayında maliyyə və hüquqi şəxslər, inzibatçılar və ayrı-ayrı səhmdarların fəaliyyətlərini tədqiq etməyə başlayıb: “Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qanunsuz gəlirin leqallaşdırılması, pul yuma və digər qeyri-qanuni hərəkətlərin əlamətləri açıq-aydın görünür”.

 

Materiallar baxılması üçün ölkənin Milli Bankı və Gürcüstan Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib.

 

Baş Prokurorluq 2018-ci ilin avqustun 2-də qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

 

“TBC Bank” isə Baş Prokurorluğun bankdan müsadirə etdiyi sənədlərin 2018-ci ildə həyata keçirilmiş qanuni bank əməliyyatlarına aid olduğunu bildirib.

 

Gürcüstanın Milli Bankı “TBC Bank”ı artıq milyon lari (375 234 dollar) məbləğində cərimə edib. Banka qarşı əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı hələlik məlum deyil.

 

Qeyd edək ki, “TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Bir qədər əvvəl "TBC Kredit"in Azərbaycandakı “Nikoil Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© Report

9 Yanvar 2019 , 15:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Volksvagen Touareg Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin