Dövlət Miqrasiya Xidmətinin rəisi sahibkarlara cavab verdi

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq icazələrin alınmasında (sənədlərin təqdim edilməsi, götürülməsi və sair) nümayəndə vasitəsilə təmsil olunmaqla bağlı sahibkarlıq subyektləri və hüquqi yardım şirkətləri tərəfindən ünvanlanan sualları cavablandırıb.

 

 V.Hüseynov bildirib ki, sahibkarlıq fəaliyyəti subyektləri (şirkətlər və sair) müvafiq icazələrin alınması ilə bağlı həm özləri, həm də nümayəndə vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Nümayəndələrdən icazələrin alınması üçün sənədləri təqdim edərkən şəxsiyyətlərini təsdiq edən sənədi və etibarnaməni təqdim etmələri xahiş olunur.

 

Qurum rəhbəri qeyd edib ki, sahibkarı xidmət müqaviləsi əsasında hüquqi yardım şirkəti təmsil etdikdə həmin müqavilənin də təqdim olunması istənilir.

 

V.Hüseynovun sözlərinə görə, nümayəndələrin mütləq qaydada sahibkarların işçisi olması və ya məcburi qaydada qeydiyyatdan keçməsi ilə bağlı tələblər yoxdur.

9 Yanvar 2019 , 16:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Volksvagen Touareg Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin