Azərbaycan bankının səhmdarı nizamnamə kapitalını azaldır - YENİLƏNİB

2019-01-10 11:00

 

“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC nizamnamə kapitalının azaldığını elan edir. Kreditorlar bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.

 

Qeyd edək ki, bundan əvvəl "Vergilər" qəzetində dərc edilmiş elanda "AMAL İNVEST GROUP" MMC-nin ləğv edildiyi yazılmışdı (fotolar əlavədə). 

 

XXX

 

2019-01-09 16:37:09

 

“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunun elan edib.

 

Bu barədə "Vergilər" qəzetinə istinadən xəbər verilir.

 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib. 

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

 

© Report, Marja

10 Yanvar 2019 , 11:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin