Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlətdən aldığı ASC-ni MMC etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətdən aldığı ASC-ni MMC etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Muğansutikinti" ASC Təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.

 

Reklam_3_11

Bu barədə "Marja"  Vergilər Nazirliyinə istinadən xəbər verir.


Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Ötən ilin aprel ayında fiziki şəxs Vaqif Qurbanov “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdi. Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

 

Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikanın alınması, mövcud avadanlıq və texnikanın təmirinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Vaqif Qurbanov 1984-cü ilin fevral ayından hal hazıra kimi “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

10.01.2019 05:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ