1 Avro 1.16 dollara kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% ucuzlaşdıqdan sonra əlavə olaraq 1.2%-ə kimi də ucuzlaşa bilər.


 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, dollar indeksi çərşənbə gününün minimum səviyyəsi altında qaldıqca, son 3 ayın minimum səviyyəsinə kimi əlavə olaraq 1.2%-ə kimi ucuzlaşa bilər. EUR/USD məzənnəsinin də 1.15$-ın üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


 

Əlvan metallar bazarlarında da qızılın qiymətində növbəti bahalaşma dalğasının şahidi oluruq. Qızılın bir unsiya üzrə qiyməti 1298$-ı yuxarı istiqamətdə qırarsa, 1326$-a kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

10 Yanvar 2019 , 08:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin