Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Səba”nın törəməsi ləğv edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba”nın törəməsi ləğv edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Səba” ASC səhmdarları “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsinə qərar veriblər.


"Marja" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanına bildirə bilərlər.

 

28 dekabr 2018-ci il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. “Gündəlikdəki məsələlərə - “Səba” ASC-nin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və aktivlərinin “Səba” ASC-nin balansına qəbul olunması barədə məsələ də daxil idi. 

 

“Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov “Marja”ya bildirmişdi ki, “Dəvəçi Broyler Dərin Emal” MMC-nin hüquqi şəxs olaraq ləğvi təklif olunur, istehsal fəaliyyətinin dayandırılması nəzərdə tutulmur.

 

““Dəvəçi Broyler Dərin Emal” müəssisəsi “SƏBA” brendi ilə quş əti məhsulları və digər məhsullar istehsal edir. “SƏBA” ASC-nin fəaliyyətinin genişləndirilməsi, daha dəqiq hədəflərin müəyyənləşdirilməsi, vahid mühasibatlığa keçilməsi, idarəetmənin effektivliyinin və gəlirliliyin artırılması üçün “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və  balansının “Səba”ya ötürülməsi nəzərdə tutulur. Əgər səhmdarlar bu təklifi qəbul edərsə, “Səba” ASC-də Dərin Emal departamentinin yaradılması da nəzərdə tutulur. MMC ləğv edilsə də, istehsal “Səba”nın balansında davam edəcəkdir”.

 

"İŞÇİLƏR İXTİSAR EDİLMƏYƏCƏK"

 

Ramil Süleymanov qeyd etmişdi ki, ləğvetmə baş tutarsa “Dəvəçi Broyler Dərin Emal” MMC-nin işçi heyəti ixtisar edilməyəcəkdir. MMC-nin işçiləri “Səba”da yaradılacaq yeni departamentdə müvafiq işlə təmin olunacaqlar.

 

YENİ İNVESTİSİYALAR NƏZƏRDƏ TUTULUR

 

ASC-nin hüquqşunası vurğulamışdı ki, “Dəvəçi Broyler Dərin Emal” MMC-nin əmlakı “Səba” ASC-yə keçdikdən sonra yeni investisiyalar da gözlənilir: “Ən son texnologiyaların tətbiq edilməsilə istehsalın daha müasir səviyyəyə qaldırılması, daha yüksək keyfiyyətli və geniş çeşiddə məhsulların istehsal edilməsi nəzərdə tutulur”.

 
 

Qeyd edək ki, "Qarabağ Taxıl" MMC  və “ Dəvəçi Broyler Dərin Emal” MMC “Səba” ASC-nin törəmə şirkətləridir. Həmçinin "Biləsuvar Aqro" MMC “Səba” ticarət nişanı ilə süd məhsulları istehsal edir.

 

2010-ci ilin noyabrında fəaliyyətə başlayan “Dəvəçi Broyler Dərin Emal” MMC “Səba” ASC tərəfindən istehsal olunan toyuq ətinin dərin emalı nəticəsində yarımfabrikat məhsullarının istehsalı məqsədi ilə yaradılmışdı. “Dəvəçi Broyler Dərin Emal” şirkəti  toyuq nagetləri, kotletlər, kabablar, sosislər, farş və sair məhsulları “Səba” brendi ilə satışa təqdim edirdi. 

10.01.2019 06:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ