Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə sistemdə 170 minədək fərdi şəxsi hesab açılıb


 

Reklam_3_11

Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 806 nəfər və ya 4,8 faiz artıb. Bu bardə "Marja"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

 

Beləliklə, 2019-cu ilin 1 yanvar tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 3 736 551 nəfərə çatıb.

 

Fərdi uçot sistemində açılan fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və öz gələcək pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Sosial sığorta ödənişləri nəticəsində öz fərdi hesabında pensiya kapitalını mütəmadi olaraq artıran şəxs bununla gələcəkdə ona təyin olunacaq pensiyanın məbləğini də artırmış olur.

 

Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.

 

İstifadəyə verilən “e-sosial” internet portalının üstünlüklərindən biri kimi, vətəndaşlar bu portalda onlara aid digər məlumatlarla yanaşı,  “Fərdi şəxsi hesab” bölməsi vasitəsilə hesablarındakı pensiya kapitalı barədə məlumat da əldə edə bilirlər.

10.01.2019 07:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ