Bağlanan bankların əmanətçilərinə kompensasiya 99% ödənilib - 824 MİLYON MANAT

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya ödəyib ki, bu ümumi kompensasiya öhdəliyinin 99% təşkil edir. Bu barədə "Marja"ya ƏSF-dan bildirilib.

 

Ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərə ümumilikdə 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin  qorunan əmanətçilərinə 0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

 

Ləğv olunmuş “Parabank” ASC-nin  qorunan əmanətçilərinə  43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,1 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 61,98  milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

10 Yanvar 2019 , 10:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin