Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vaqonlar dezinfeksiya olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vaqonlar dezinfeksiya olunur

Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

 

Həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

 

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.

 

Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

10.01.2019 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ